Rauf Əliyev qol vurdu, komandası qalib gəldi

Sportarena.az      12 Oktyabr 2018, 22:57

Futbol üzrə Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Luşnya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf start heyətdə meydana çıxıb. Komandasının ikinci qolunu da Əliyev vurub. O, 60-cı dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.

 

“Kukesi” hazırda 10 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin