Rəşad Sadıqov "Qarabağ"ın zədəlilərinin sayını açıqladı

Sportarena.az      13 Oktyabr 2018, 11:02

"Qarabağ"ın futbolçusu Miçel Madera zədələnib.
 
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun kapitanı Rəşad Sadıqov məlumat verib. O bildirib ki, ispan yarımmüdafiəçi ayağında ağrılar hiss etdiyi üçün son məşqlərdə iştirak etməyib..Sadıqov "İnter” və "Atletiko”ya qarşı matçlara tam heyətlə hazırlaşacaqlarına ümid etdiyini söyləyib:

 

"Yakub Jezniçak, Maksim Medvedev əvvəldən zədəli idi. Miçel son məşqlərdə ayağında ağrı hiss etdi. Hazırda o, məşq etmir. Futbolçularımız millinin düşərgəsindən yorğun qayıdıb. Bədavi Hüseynov və mənim ayağımda ağrılar var. Sıx qrafiklə çıxış edirik. Oyunlar da ağır olduğundan, stresləri çoxdur, fiziki cəhətdən xeyli güc sərf edirik. Hazırda ən əsas problemimiz mikrozədələrdir. İnanıram ki, həm "İnter", həm də "Atletiko" ilə oyunlara tam heyətlə hazırlaşa biləcəyik”. (Qol.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin