"Barselona"nın argentinalısından ayrılıq xəbərdarlığı - AÇIQLAMA

14:21 13 Oktyabr 2017

“Barselona”nın müdafiəçisi Xavyer Maskerano klubdan ayrılmaq barədə düşünür.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçu “Marka”ya açıqlamasında cari mövsümdə az şans qazandığını, buna görə, mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:

 

“Bu mövsümdə “Barselona”da az şans qazanıram. Buna baxmayaraq, həmişə meydana çıxmağa hazır oluram. Mənim hələ Kataloniya klubuyla müqaviləm var. Mövsümün sonunda qərar verəcəm. Hələ ki, burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam. “Barselona”da mənə həmişə komandada olmağımdan xoşbəxt olduqlarını deyirlər. Lakin məncə, fikirləşmək üçün vaxtdı”.

 

Maskerano 2010-cu ildən “Barsa”nın şərəfini qoruyur. O, cari mövsümdə cəmi 5 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti