Qvardiola ən yaxşı oldu

16:53 13 Oktyabr 2017

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hazırda çempionata liderlik edən “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola sentyabr ayının ən yaxşı məşqçisi seçilib. Bu barədə məlumatı Premyer Liqanın mətbuat xidməti yayıb.

 

“Mançester Siti” ötən ay ölkə çempionatında keçirdiyi 4 oyunun hamısını qələbəylə başa vurub. Bu oyunlarda 17 qol vuran “şəhərlilər” öz qapısını toxunulmaz saxlayıb.


Digər xəbərlər

Xəbər xətti