Sportarena.az
24 Oktyabr 2017

Xətai Bağırov: "Qalib gəlmək üçün səfərbər olacağıq”

12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA kubokunun əsas mərhələsində mübarəz aparan “Araz” “Mostar” və “St Andreus” komandaları ilə görüşdən qalib ayrılaraq turnir cədvəlinin vahid lideri olub.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz son oyununu sabah Rumıniya çempionu “Deva”ya qarşı keçirəcək. Arxada qalan hər iki oyunla bağlı “Araz”ın hücumçusu Xətai Bağırov Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə açıqlama verib: 

 

“Mostar”la oyunda erkən qol vurduq, amma bosniyalılar hesabı bərabərləşdirməyi bacardılar. Bu qol sanki onları həvəsləndirdi, ardını gətirmək üçün cəhdlər etdilər. Ancaq fasiləyə qədər istədiyimiz nəticəni əldə etdik və ikinci hissədə də bunu qorumağa çalışdıq. 

 

“Mostar”la oyundan fərqli olaraq ikinci qarşılaşmaya yaxşı başlamadıq. Nəticədə qapımızdan ardıcıl 2 top buraxdıq. Səhvlərimizin çox olduğu oyunun ikinci hissəsinin əvvəlində hesabda önə keçməyi bacardıq. Bundan sonrakı dəqiqlərdə bu üstünlüyümüzü qorumağa çalışdıq. Sonda məqsədimizə çatdıq və ikinci matçı da xal itkisinə yol vermədən başa vurduq.

 

Təbii ki, “Deva” ilə oyunda da ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, meyda sahibi komanda bu amildən maksimum istifadə etməyə çalışacaq. Üstəlik, vərəqə cəzalısı olan Maykon da bizə kömək edə bilməyəcək. Buna baxmayaraq, qalib gəlmək üçün səfərbər olacağıq”.

Tarix
13.10.17 [17:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Oktyabr
23 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio