Dino Ndlovu qol vurdu, zədələndi - FOTO

17:46 13 Oktyabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu bu gün Azərbaycan Premyer Liqanın 8-ci turunda “İnter”la matçda (2:0) zədə alıb.

 

Sportarena.az xəbər verir ki, afrikalı futbolçu matçın 90+2-ci dəqiqəsində, 2-ci qolu vurarkən rəqibin müdafiəçisi Denis Silva onu zədələyib. Ndlovu matç bitəndə texniki heyətin köməyi ilə meydanı tərk edib.

 

Onun zədəsinin ciddi olub-olmadığı, oktyabrın 18-də Çempionlar Liqasında “Atletiko” ilə matçda oynayıb-oynamayacağı tibbi müayinədən keçdikdən sonra bilinəcək.

 


Xəbər xətti