Ziya oynadı, komandası qalib gəldi

13:27 14 Oktyabr 2017

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Utrext”in gənclərdən ibarət komandasıyla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Əzizov da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

 

Qeyd edək ki, "Den Boş" hazırda 13 xalla 20 klub arasında 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti