"Real" rekord qırdı - Zidanın yubiley matçında

15:45 15 Oktyabr 2017

İspaniya La Liqasının 8-ci turunda "Xetafe" ilə qarşılaşan "Real" 2:1 hesabıyla qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, Madrid klubu La Liqada ardıcıl 13 səfər qələbəsi qazanan ilk klub olub. "Real" bu oyunlarda 35 qol vurub və qapısından 1-ni buraxıb. Əvvəlki rekord ardıcıl 12 səfər qələbəsi ilə Qvardiolanın "Barselona"sına məxsus idi.

 

"Xetafe" ilə oyun Zidanın komandanın baş məşqçisi kimi 100-cu qarşılaşması olub. Bu oyunların 75-də qalibiyyət (17 heç-heçə, 8 məğlubiyyət) görən fransalı mütəxəsis "Real"ın 273 qoluna şahidlik edib. 


Digər xəbərlər

Xəbər xətti