"Herta" Donald Trampa etiraz etdi

16:15 15 Oktyabr 2017

Almaniya Bnudesliqasının 8-ci turunda keçirilən "Herta" - "Şalke" oyunundan (0:2) öncə maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Berlin klubunun futbolçuları və məşqçi heyəti ABŞ prezidenti Donald Tramp və polis zorakılığına etiraz olaraq diz üstə çöküblər. Bu jest ilk dəfə ötən il "San Francisko 49" reqbi komandasının üzvü Kolin Kaepernik tərəfindən edilmişdi. Daha sonra Milli Futbol Liqasının (NFL) nümayəndələri irqçilik və zorakılığa qarşı analoji jestdən itifadə etməyə başladı. "Hertha" buna qoşulan ilk Avropa futbol klubu olub.

 

"Herta" tolerantlıq və məsuliyyəti dəstəkləyir" - klubun tvitter səhifəsindən verilən açıqlamada deyilir.


Xəbər xətti