Samir Əliyev: "Bu mövsümdə ən bərbad oyunumuz idi"

21:03 15 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Neftçi”yə böyük hesabla uduzan (0:4) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Əliyev oyunla bağlı bunları deyib:

 

"Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Hesab daha böyük ola bilərdi. Bu mövsümdə ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq idi".


Xəbər xətti