8-ci turun oyunlarını nə qədər azarkeş izlədi?

10:14 16 Oktyabr 2017

Topaz Premyer Liqasının 8-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ən çox azarkeş Sumqayıtda qeydə alınıb. Burda baş tutmuş “Sumqayıt” - “Qəbələ” oyununu (0:1) 1300 tamaşaçı tribunalardan izləyib. Ən az tamaşaşı isə “Səbail” - “Neftçi” qarşılaşmasında (0:4) qeydə alınıb. Mərdəkandakı “Dalğa Arena” stadionunda keçirilən matçda cəmi 400 azarkeş olub.

 

Digər oyunlardan Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “Kəpəz” qarşılaşmasında (3:0) 1100, “İnter Arena”da baş tutmuş “İnter” - “Qarabağ” matçında (0:2) isə 1070 azarkeş qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 3870 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 967 tamaşaçı deməkdi. Xatırladaq ki, bu, cari mövsümdə qeydə alınmış ən aşağı göstəricidi. Bundan öncə ən aşağı göstərici 6-cı turda qeydə alınmışdı (975).


Digər xəbərlər

Xəbər xətti