Nazarovun komandası uduzdu

11:02 16 Oktyabr 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

“Ersgebirge” geridə qalan 10 turda 13 xal toplayıb və 18 klub arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti