Futbolçumuz “fərqləndi”, komandası uduzdu

Sportarena.az      16 Oktyabr 2018, 11:21

Futbol üzrə Ukrayna çempionatında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. O, 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 9 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin