"Qarabağ" - "Atletiko" matçını hakimləri açıqlandı

13:44 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - "Atletiko" (Madrid) matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, oyunu Ruddi Buketin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edəcək.

 

Qiyom Debar, Frederik Kano yan xətt hakimi təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.

 

Qeyd edək ki,  “Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti