“Atletiko”nun əfsanəsi Bakıda - FOTO

14:32 16 Oktyabr 2017

“Bakı”nın sabiq baş məşqçisi, Madrid “Atletiko”sunun canlı əfsanəsi Milinko Pantiç yenidən Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, o, dünən gecə paytaxtımıza təşrif buyurub. Pantiçi hava limanın “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb. Pantiçin Bakıda olduğu “Bakı”nın prezidenti Hafiz Məmmədovla da görüşəcəyi gözlənilir.  

 

Qeyd edək ki, Milinko Pantiç Bakıya oktyabrın 18-də keçiriləcək "Atletiko" - "Qarabağ" oyununu izləmək üçün gəlib. (Dport.az)

 


Digər xəbərlər

Xəbər xətti