"Qarabağ"dan azarkeşlərə şad xəbərlər

15:34 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” oktyabrın 18-də Bakı Olimpiya stadionunda “Atletiko”nu qəbul edəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilər.

 

“Qarabağ”ın “Atletiko”yla matçına bilet satışı da davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

 


Digər xəbərlər

Xəbər xətti