Mourinyo niyə "Barselona"nın baş məşqçisi ola bilməyib? - AÇIQLAMA

15:50 16 Oktyabr 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Barselona”nın “sükanı arxasına” keçməməsinin səbəbini uzun illər açıqlamayacaq.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Telefoot”a müsahibəsi zamanı 2008-ci ildə “Barsa”ya baş məşqçi təyin olunmamasının səbəbini uzun illər açıqlamayacağını deyib:

 

“Əlbəttə, bir gün bütün gerçəyi danışacam. Amma hazırda bəzi şeylər sirr olaraq qalmalıdı. Bir gün gələcək, çox-çox yaşlı olduğum zaman, nə baş verdiyini açıqlayacam”.

 

Xatırladaq ki, 2008-ci ildə “Barselona”nı Mourinyonun çalışdıracağı barədə iddialar olsa da, sonda katalonların “sükanı arxasına” Xosep Qvardiola keçmişdi.


Digər xəbərlər

Xəbər xətti