Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

16:17 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportarena.az “Qarabağ”ın saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 17-də saat 13:30-da Bakı Olimpiya stadionunda media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə saat 17:15-da Bakı Olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.


Xəbər xətti