“Zirə”dən rekord göstərici

16:32 16 Oktyabr 2017

“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. 

 

Sportarena.az xəbər verir ki, qəsəbə klubu Azərbaycan Premyer Liqasının 8-ci turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdı. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib.

 

Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar 8-ci turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.


Digər xəbərlər

Xəbər xətti