"Atletiko" Bakıya yola düşdü - FOTOLAR

17:21 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Atletiko” Bakıya yola düşüb.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi “tvitter” səhifəsində futbolçuların təyyarədən və hava limanından fotoları paylaşılıb. Səhifədə bu sözlər yazılıb - “Azərbaycan bizi gözləyir! Çempionlar Liqası geri döndü! Biz yoldayıq!”. “Hindular”ı Bakıya gətirən təyyarə bir müddət öncə havaya qalxıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də saat 20:00-da başlayacaq.

 

 

 

 

 


Xəbər xətti