Futbol üzrə Azərbaycan birinci divizionunda 3-cü tura yekun vurulub.
Sportarema.az xəbər verir ki, bu gün keçirilən 4 oyunla tura yekun vurulub. "Turan Tovuz" evdə "Mil-Muğan"la 1:1 bərabərə qalıb. MOİK "Şüvəlan"ı 1:0 hesabıyla məğlub edib. "Binə" və "Qaradağ Lökbatan"ın oyununda hesab açılmayıb. "Ağsu" - "Xəzər" qarşılaşmasında da "sülh" pozulmayıb - 1:1.
Dünən isə bir görüş baş tutub. “Sabah” doğma meydanda “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri 5 cavabsız qolla qalib gəliblər.
Birinci divizion, 3-cü tur
16 oktyabr
Turan Tovuz - Mil-Muğan 1:1
Qol: Elnur Səmədov, 4 - Bayram Əliyev, 14.
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Habil Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Şakir Əmrahov
Tovuz. Şəhər stadionu
Ağsu - Xəzər 1:1
Qol: Qalib Əmrahov, 44 - Etibar Süleymanov, 40.
Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Hüseyn Əsgərov, Vüqar Həsənli
Hakim-inspektor: Vasif Məmmədov
Ağsu. Şəhər stadionu
MOİK - Şüvəlan 1:0
Qol: Bahadur Həziyev, 65.
Hakimlər: Rəvan Həmzəzadə, Aleksandr Musatkin, Vüsal Qənbərov, Nicat İsmayıllı
Hakim-inspektor: Vaqif Ayvazov
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Binə - Qaradağ Lökbatan 0:0
Hakimlər: Ömər Paşayev, Eyyub İbrahimov, Elşad Abdullayev, Hacıəli Ağayev
Hakim-inspektor: Rufulla Kərimov
Binə. Qəsəbə stadionu