Rauf Əliyev yenə qol vurdu

18:46 16 Oktyabr 2017

Albaniya çempionatında 6-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” öz meydanında "Teutra” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:2  hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini Rauf vurub. O, 90+4-cü  dəqiqədə fərqlənib. Bu, Raufun Albaniya çempionatında ardıcıl ikinci qoludur.

 
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.


Digər xəbərlər

Xəbər xətti