Komanda yoldaşı ilə toqquşdu, həyatından oldu

20:18 16 Oktyabr 2017

Futbol üzrə İndoneziya çempionatında bədbəxt hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, hadisə "Persela Lamonqan" və "Semen Padanq" komandaları arasında baş tutan qarşılaşmada baş verib. Meydan sahiblərinin qapıçısı Çoirul Huda komanda yoldaşı Ramon Rodriqeslə toqquşub.

 

Zərbədən sonra huşunu itirən qolkiperə klubun həkimləri tərəfindən yardım göstərilib. Daha sonra xəstəxanaya aparılan qapıçının həyatını xilas etmək mümkün olmayıb. Huda beyin travmasına görə dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti