"Qarabağ"ın rəqibi bu xəbərə sevindi

23:27 16 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin bir müddətdi zədədən əziyyət çəkən hücumçusu Alvaro Morata məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi “tvitter” hesabı yayıb. Xəbərdə Moratanın komanda ilə məşqlərə başladığı qeyd edilib. Buna baxmayaraq, onun Çempionlar Liqasının bu həftə keçiriləcək “Roma” ilə ev oyununda şans qazanıb-qazanmayacağı məlum deyil.

 

Daha öncə “Mançester Siti” ilə Premyer Liqa matçında zədələnən futbolçunun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı.

 

Qeyd edək ki, “Çelsi” - “Roma” oyunu oktyabrın 18-də, saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti