"Atletiko"nu Bakıda kimlər qarşıladı? - FOTOLAR

10:09 17 Oktyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la qarşılaşacaq İspaniyanın “Atletiko” artıq Bakıdadır.

 

Sportarena.az xəbər verir ki, dünən saat22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən madridliləri Azərbaycandakı azsaylı fanatları qarşılayıb. Qonaq komandanın üzvləri onlarla şəkil çəkdirdikdən sonra qalacaqları otelə yollanıblar.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.



 



 


Digər xəbərlər

Xəbər xətti