DÇ-2018: Pley-off mərhələsinin püşkü atıldı - YENİLƏNİB

16:52 17 Oktyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off oyunlarının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmada qrup mərhələsini 2-ci pillədə başa vurmuş 8 milli iştirak edib. FİFA reytinqində daha yüksək göstəriciyə malik İsveçrə, İtaliya, Xorvatiya və Danimarka milliləri səpələnmişlər, Şimali İrlandiya, İsveç, İrlandiya və Yunanıstan isə səpələnməmişlər səbətində yer alıb

 

DÇ-2018-in seçmə mərhələsi: Avropa zonası üzrə pley-off oyunları

Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya

 

Pley-off mərhələsinin oyunları noyabrın 9-11 və 12-14-də keçiriləcək.


Xəbər xətti