Prosineçki “Trabzonspor”la razılığa gəldi?

12:35 17 Oktyabr 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqa təmsilçisi “Trabzonspor”la böyük ölçüdə razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, bu iddia “fanatik.com.tr” saytında yer alıb. Xəbərdə Qaradəniz klubunun rəsmilərinin xorvat çalışdırıcı ilə görüşdüyü və böyük ölçüdə razılığa gəldikləri qeyd edilib. 48 yaşlı çalışdırıcı ilə bu həftənin sonuna kimi rəsmi müqavilənin imzalanacağı vurğulanıb.

 

Xatırladaq ki, Prosineçki daha öncə də Türkiyədə çalışıb. O, 2012/13 mövsümündə “Kayserispor”un “sükanı arxasında” olub.

 

Robert Prosineçkinin millimizlə müqavilə müddəti bu ilin dekabrında bitəcək.


Digər xəbərlər

Xəbər xətti