"Beşiktaş"a şad xəbər - "Monako"da itki

13:33 17 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Beşiktaş”ı qəbul edəcək “Monako” itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “knyazlıq klubu”nun hücumçusu Stevan Yovetiç zədə səbəbindən İstanbul təmsilçisi ilə matçda komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Monteneqrolu hücumçu fərdi məşq edir. Onun adı “Beşiktaş”la oyunun iştirak ərizəsinə daxil edilməyəcək.

 

Yovetiç cari mövsümdə şans qazandığı 4 oyuna 1 qol vurub. O, “Monako”nun heyətində ÇL-də hələ ki, meydana çıxa bilməyib.


Digər xəbərlər

Xəbər xətti