Partey: “Qarabağ”a çox qol vurmalıyıq”

15:31 17 Oktyabr 2017

"Oyunun asan olmayacağını bilirik. Lakin biz öz oyunumuzu ortaya qoyub çoxluq qol vurmalıyıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la üz-üzə gələcək “Atletiko”nun futbolçusu Tomas Partey deyib.  Yarımmüdafiəçi əvvəlcə Azərbaycana adaptasiya olmaqdan danışıb. O bildirib ki, çətin proses olsa da, uyğunlaşıb yaxşı oyun göstərməlidirlər:

 

“Hər şeyi düzgün etməliyik. Xırda detallara belə diqqət yetirmək lazımdır. Biz baş məşqçiyə qulaq asmalıyıq. Onun tapşırıqları əsasında gözəl oyun ortaya qoymalıyıq”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.  

 


Digər xəbərlər

Xəbər xətti