Səlahət Ağayev "Neftçi"yə qoşuldu

16:16 17 Oktyabr 2017

“Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, artıq komandasının düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə də başlayıb.

 

Sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti