"Neftçi"nin futbolçusu "Marka"ya danışdı - "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək"

18:34 17 Oktyabr 2017

"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, o, "Marka"ya açıqlamasında Madrid klubunu çətin oyun gözlədiyini deyib:

 

"Qarabağ" çox yaxşı komandadır. Onların  güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".

 

Qeyd edək ki, İ.Herrera  2008-2009-cu illərdə İspaniyada “Betis”in B komandasında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti