"Kəpəz" "Neftçi" üçün başladı

18:50 17 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Kəpəz" bu oyununun hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, komanda bu gündən Bakıda məşqlərə başlayıb. “Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşacaq. Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü  oktyabrın 21-i saat 15:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti