Millimiz elit-raunda vəsiqə qazandı

Sportarena.az      18 Oktyabr 2018, 10:14

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, məlumat bu gün keçirilən oyunlardan sonra UEFA-nın rəsmi saytında yerləşdirilib. Bu gün 2-ci qrupda keçirilən oyunlardan sonra yığmamızın seçmə mərhələdəki taleyinə aydınlıq gəlib.

 

Slovakiya İngiltərəyə 0:6, Latviya isə Şotlandiyaya 0:4 hesabı ilə məğlub olub. Reqlamentə əsasən, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer tutmuş 5 komanda növbəti mərhələyə yüksəlir. Millimiz məhz 5 kollektivdən biri kimi elit-raunda yüksəlib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin