"Qarabağ" ÇL-də ilk xalını qazandı - YENİLƏNİB

21:56 18 Oktyabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir. 

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” “Atletiko”nu qəbul edib. Təmsilçimiz tarixi uğura imza ataraq ÇL-in qrup mərhələsində özünün və ölkəmizin ilk xalını qazanıb.

 

Oyun boyu matçın baş hakiminin ədalətsiz idarəçilityi komandamızı qələbədən də məhrum etdi. 74-cü dəqiqədə Ruddi Buke penalti vermək əvəzinə, Dinoya simuliyasiya görə ikinci sarı vərəqə göstərməklə komandamızı azlıqda qoyub.

 

“Qarabağ” debüt etdiyi nəhənglərin yarışında keçirdiyi hər iki oyunu məğlubiyyətlə başa vurub. Olimpiya stadionundakı matç Ağdam təmsilçisinin ÇL-in qrup mərhələsində ikinci ev sınağı olacaq. “Köhlən atlar”ın ötən turda doğma divarlar arasında “Roma”ya qarşı sərgilədiyi oyun (1:2) azarkeşlərə ümid verir. Qurban Qurbanovun yetirmələri Madrid təmsilçisi ilə oyunda ən azı bərabərə qalaraq, müstəqillik günündə azarkeşlərə hədiyyə etməyi arzulayır.

 

"Atletiko" isə qrupun favoritlərindən sayılsa da, ilk iki turda cəmi 1 xal qazanıb. “Hindular” “Roma” ilə səfər oyununda “sülh bağlayıb”, evdə “Çelsi”yə uduzub. Bu oyunda 3 xal Dieqo Simeonenin yetirmələrinə hava-su kimi lazımdı.

 

Bakı Olimpiya stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

 

Çempionlar Liqası, qrup mərhələsi: C qrupu

18 oktyabr

20:00 Qarabağ - Atletiko (İspaniya) 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 74.

Hakimlər: Ruddi Buke , Giyom Debar, Frederik Kano, Bertrand Juanno
Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie (hamısı Fransa) 
Bakı. Olimpiya Stadionu

 

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev 
 

Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10.Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes
 
Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes


Digər xəbərlər

Xəbər xətti