Sportarena.az
25 Noyabr 2017

Prosineçki bu gün millimizdən ayrıla bilər - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Kayserispor”da çalışdığı zaman köməkçisi olmuş Alp Çağlar xorvat mütəxəssislə bağlı Türkiyə mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli məşqçi “haber61.net” saytına açıqlamasında Prosineçkinin bu gün millimizdən ayrıla biləcəyini deyib:

 

“Prosineçki danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamır, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib. Mövsümün əvvəlində Prosineçki ilə “Bursaspor” ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün “Bursaspor”a keçmədi. İndi isə Azərbaycan tərəfi ilə müqavilə müddəti bitir. Sabah (bu gün) Bakıya gedib vidalaşacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib. Azərbaycandan ayrılacaq”.

 

Xatırladaq ki, Prosineçkinin millimizlə müqavilə müddəti bu ilin dekabrında bitəcək. Onun xidmətində Sloveniya və Bosniya və Herseqovina kimi yığmaların maraqlı olduğu deyilir. Prosineçkinin "Trabzonspor"da çalışacağı deyilsə də, Qaradəniz təmsilçisi dünən Rza Çalımbayla anlaşdığı barədə xəbərlər yayılıb.

Tarix
18.10.17 [11:10]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio