Sportarena.az
21 Noyabr 2017

Ruben Selles: "Qara Qarayev məcburi köçkün düşərgəsində böyüyüb"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ itirilməyib, klubun qəlbindədir. Qarabağdakı müharibə kluba böyük təsir edib”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles deyib. İspaniyalı məşqçi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bu gün keçiriləcək oyunla bağlı ölkəsinin "larazon.es" nəşrinə açıqlama verib. O, əvvəlcə "Qarabağ"ın tarixi haqda danışıb:

 

"İki futbolçumuz və vaxtilə "Qarabağ"da futbolçu kimi çıxış etmiş məşqçimiz də müharibə bölgəsindəndir. Futbolçumuz Qara Qarayev məcburi köçkün düşərgəsində böyüyüb. “Qarabağ” rəhbərliyi ildə 1 dəfə mərasim təşkil edərək, veteranlarla görüşür. Çempionat oyunlarında Tofiq Bəhramov stadionunda banner açılır. Həmin bannerdə “Qarabağ”ın keçmiş baş məşqçisi, müharibə zamanı şəhid olmuş, milli qəhrəman Allahverdi Bağırovun şəkli yer alıb. Hazırda işğal altında olan şəhəri təsəvvür etmək çox çətindir. Ümid edirəm ki, klub qısa müddətdən sonra yenidən doğma məkana qayıdar”.

Selles "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını Azərbaycan üçün tarixi hadisə adlandırıb:

 

“Çelsi”, “Roma” və “Atletiko” bizim üçün çox təhlükəli komandalardı. Londonda 0:6 hesabı ilə uduzsaq da, “Roma” ilə evdəki qarşılaşmada minimal hesabla məğlub olduq. Sona qədər mübarizə aparıb, rəqibi təzyiqdə saxlaya bildik. “Atletiko” ilə matçda da oyun üslubumuza sadiq qalacağıq. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq”.

Tarix
18.10.17 [12:21]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Noyabr
20 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio