"Qarabağ"a şad xəbər - Qrizmann oyunu buraxa bilər

12:43 18 Oktyabr 2017

Çempionlar Liqasının 3-cü turu çərçivəsində bu gün təmsilçimiz "Qarabağ"ın qonağı olacaq "Atletiko" bu görüşə ciddi itki ilə çıxa bilər.

 

Sportarena.az xəbər verir ki, komandanın lideri və əsas qol silahlarından biri Antuan Qrizmannın səhhətində ciddi problemlər var. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Komandanın dünən oyun öncəsi son məşqini buraxan fransız futbolçunun hərarəti olduqca yüksəkdir. Onun qrip virusuna tutulduğu bildirilir. Bu səbəbdən onun axşam baş tutacaq görüşdə iştirakı sual altındadı. Baş məşqçi Dieqo Simoene risk etmək istəmir. Bu səbəbdən həkimlərin son qərarını gözləyir.

 

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı bu gün saat 20:00-da keçiriləcək.


Xəbər xətti