Mübariz Mənsimov "Beşiktaş"ın oyununu izlədi - FOTO

12:59 18 Oktyabr 2017

Çempionlar Liqasının üçüncü turu çərçivəsində dünən "Beşiktaş" "Monako"nun qonağı olub. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Sportarena.az xəbər verir ki, matçı stadiondan "Beşiktaş"ın prezidenti Fikrət Orman və kluba dəstək olan şəxslər də izləyib. Onlar arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da olub.

 

"Beşiktaş" azarkeşi olan Mənsimov kluba maliyyə baxımından dəstək olan şəxslərdəndir. Hətta "Beşiktaş"ın bir neçə transferində yaxından iştirak edib. "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasına göz yuman azərbaycanlı biznesmen o cümlədən "Fənərbaxça"ya yaxınlığı ilə də tanınır.

 

"Fənərbaxça"nın prezidenti Əziz Yıdırım ilə yaxın dost və biznes ortağı olan Mənsimov bu iki klubu "Xəzər Lənkəran"dan üstün tutduğundan, Azərbaycanda futbol potensialının hərtərəfli yüksək olduğu bölgələrdən biri son iki ildə futbolsuz qalıb.

 


Digər xəbərlər

Xəbər xətti