"Atletiko"da daha bir itki

14:56 18 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Atletiko"nun daha bir futbolçusu oyunu buraxa bilər.
 

Sportarena.az "Marka"ya istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kokenin ayaq əzələsində ağrı var. Bu səbəbdən o, dünən oyunöncəsi son məşqdə komanda ilə birgə çalışmayıb. İspaniyalı futbolçunun zədəsi ciddi olmasa da, onun oyunda iştirak edəcəyi sual altındadır. 

Qeyd edək ki, Madrid klubunun hücumçusu Antuan Qrizmann da hərarəti olduğu üçün bugünkü görüşü buraxa bilər.


Xəbər xətti