AFFA “Neftçi”ni cərimələdi

15:30 18 Oktyabr 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

 

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Səbail” - “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 8-ci turun “Zirə" – “Kəpəz” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


Xəbər xətti