Prosineçki "Trabzonspor"un baş məşqçisi olmadı - RƏSMİ

17:16 18 Oktyabr 2017

"Trabzonspor"un yeni baş məşqçisi bəlli olub. 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb, Qaradəniz təmsilçisini Rza Çalımbay çalışdıracaq. Bu gün onunla mövsümün sonuna qədər müqailə imzalanıb.

Qeyd edək ki, Türkiyə mətbuatında milli komandamızın baş məşqçisi Robert Prosineçkinin "Trabzonspor"u çalışdıracağı haqda xəbərlər yayılmışdı.

Əlavə edək ki, Çalımbay bu vəzifədə, uğursuzluğa görə istefaya göndərilən Ərsun Yanalı əvəzləyib.


Xəbər xətti