Sportarena.az
23 Noyabr 2017

Tahir Gözəl: "Mən “Qarabağ”ı qalib sayıram"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Bakıda İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi əvvəlcə oyun barədə danışıb:

 

- Hamımız şahidi olduq və "Qarabağ" bir daha sübut etdi ki, dünyanın, Avropanın ən nəhəng klubları ilə yaxşı mübarizə aparan, onları müdafiə olunmağa məcbur edən, güclü əks-hücumlara çıxan komandadı. Bu komanda Azərbaycanı, Qarabağı doğrudan da layiqincə təmsil etdi. Bu, xalqımızın, Azərbaycanımızın, cənab prezidentimizin gücüdü. Əminəm ki, bütün dünya bu oyunu alqışlayacaq. Belə gözəl oyun münasibətilə klubumuzu, xalqımızı və cənab prezidentimizi təbrik edirəm. Doğrudan da buradan qürurla ayrılırıq. Kaş qələbə olaydı... Çoxlu fürsətlər oldu, amma alınmadı.

 

- Nəticəyə görə təəssüfləndiniz?
- Əlbəttə, çox təəssüfləndim. Bir neçə epizodumuz var idi. Deməzdim ki, Dino Ndlovunun epizodunda 100 faizlik penalti var idi. Amma baş hakimə baxır. Penalti verə bilərdi, vermədi. Qırmızı vərəqəyə görə narahat oldum. "Atletiko"ya qarşı 18 dəqiqə 10 nəfərlə, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən bu gün "Qarabağ"ı mənəvi cəhətdən qalib sayıram.

 

- Bu oyunla "Qarabağ"ın qrup 3-cüsü kimi Avropa Liqasının 1/16 finalına vəsiqə şansı qalır? 
- Futbolda şans amili də var. Hesab edirəm ki, "Qarabağ"ın şansı hələ də qalır. Buradakı oyunu Madriddə də sərgiləsək, orada da ilk dəqiqələrdən pressinq etsək, buradakı özünəinamı ora da daşısaq və uğurlu nəticə göstərsək, inanıram ki, qrupdan çıxma şansımızı qoruyacağıq. Baxmayaraq ki, biz nəhəng klublarla üz-üzəyik. Amma çox çətindi. Etiraf etməliyik ki, biz ən ağır qrupa düşmüşük. Bunun adı "ölüm qrupu"du. Amma artıq ilk xal var. Daha bir oyundan nəticə ilə ayrılsaq, hesab edirəm ki, şansımız olacaq. Bəli, bu gün biz iddialıyıq!

 

- Ndlovu qırmızı vərəqə aldığı üçün Madriddə oynamayacaq. Onun yoxluğu hiss olunacaqmı?
- Bu, artıq texniki məsələdi və Qurban Qurbanova aiddi. Bəli, Ndlovunun yoxluğu bizim üçün itkidi. Amma vəziyyətə baxacağıq.

 

- "Atletiko"nu digər rəqiblərlə müqayisədə "Qarabağ" üçün ən uyğun rəqib sayırsınız?
- "Atletiko" əks-hücumları ilə tanınan, tez refleks verən bir klubdu. Amma bütün rəqiblərimiz çox çətin, dünya səviyyəlidilər. Bu yaxınlarda "Barselona" ilə heç-heçə etmiş komandaya qarşı çıxış etdik. Əhval-ruhiyyədən də çox şey asılıdı. Hesab edirəm ki, "Qarabağ" bütün imkanlarını, gücünü ortaya qoymalıdı. Belə etsək, şansımız da olacaq.

Tarix
19.10.17 [00:10]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Noyabr
22 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio