Sportarena.az
24 Noyabr 2017

Rəşad Sadıqov: "Hakimin rəqib tərəfdə olduğu açıq-aşkar görsənirdi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Fikirləşirəm ki, bu, "Qarabağ"ın avrokuboklarda ən yaxşı oyunlarından biri idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. 

 

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Atletiko"nu qəbul edib. Matç 0:0 hesablı bərabərliklə başa çatıb. 

 

Matçdan sonra jurnalistlərin sualllarını cavablandıran təcrübəli müdafiəçi fikirlərini bildirib: "Çox şükürlər olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Bilirsiniz, çox çətin qrupa düşmüşük. Ehtimal var idi ki, qrupu xalsız başa vuraq. Amma çox istəyirdik ki, xal qazanaq. Düşünürəm ki, stadiona  gələn azarkeşlər futboldan həzz aldılar. Yaxşı mübarizə getdi, qol imkanları oldu. Deyərdim ki, bu gün qoldan başqa hər şey odlu".

 

- Artıq "Qarabağ"ın Çempionlar Liqasının ritmini tutduğunu düşünmək olar?

- Deməzdim. Qarşıda 3 oyunumuz var və onlardan ikisi səfərdədi. Bizi çox çətin səfərlər gözləyir. Həm "Atletiko"nun, həm də "Roma"nın qrupdan çıxmaq şansı var. Bu elə bir turnirdi ki, konkret fikir bildirmək olmur. Hər oyunda ilk dəqiqədən son ana qədər mübarizə aparmaq lazımdı. 

 

- Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiniz?

- Ümumiyyətlə, hakimlər haqda çox danışmağı xoşlamıram. Amma hakimin rəqib tərəfdə olduğu açıq-aşkar görsənirdi.  

 

- Necə düşünürsən, qrupu üçüncü pillədə başa vurmaq olar?

- Bu gün qələbə qazansaydıq, şansımız daha çox olardı. Amma bilirsiniz ki, "Roma" və "Atletiko" ilə səfərdə oynayacağıq. Bir qədər çətin görünsə də, əlimizdən gələni edəcəyik. 

 

- Növbəti oyunda U-19- kim rəhbərlik edəcək?

- Madriddəki oyuna da getməyəcəm. Çünki "Roma" ilə oyundan sonra Qurban müəllim buna icazə vermədi. Fikirləşirəm ki, oyunçu kimi "Qarabağ"a lazımam. 

 

- Hakimlərin Madriddəki oyunda daha ciddi səhvlər etməsindən qorxmursunuz?

- Bu tip şeylərə hazır olmaq lazımdı. Böyük komandalardı və belə komandalara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün hamı "Atletiko"nun daha irəli getməsini istəyər. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Çünki ondan öncə də, şanslarımız oldu və yararlana bilmədik. Xüsusən də son dəqiqələrdə şanslarımız oldu. 

 

- Növbəti oyuna ciddi itkilərlə çıxacaqsınız. Çətin olmayacaq? 

- Dinonu itirdik, Bədavinin növbəti oyunda iştirakı sual altındadı. Düşünürəm ki, Hüseynovun zədəsi həddindən çox ciddidi.  Bizi çempinatda da çətin yun gözləyir, fiziki baxımdan həmin oyuna köklənmək ço çətin olacaq. İki çempionat oyunumuz var və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. 

Tarix
19.10.17 [01:42]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Noyabr
23 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio