"Qarabağ" Azərbaycanın xalını artırdı

10:14 19 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, evdə “Atletiko” ilə qolsuz heç-heçə edən “Qarabağ” ölkəmizə daha 0,250 xal qazandırıb.

Bu qazanc sayəsində cari mövsümdə əldə etdiyimiz xal 4,125-ə çatıb. Bunun 2,375-i “Qarabağ”ın hesabındadı. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazandırıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,875-ə yüksəlib. Bu artım mövqeyimizə təsirsiz ötüşüb. 22-ci pillədə qalan Azərbaycan 1 addım gerisində olduğu Rumıniyadan 0,575 xal geri qalır. “Qarabağ”ın heç-heçəsi ən yaxın izləyicimiz İsveçdən uzaqlaşmaq imkanı verib. İndi skandinaviyalıları 0,400 xal qabaqlayırıq.


Digər xəbərlər

Xəbər xətti