Şehiç: "Əsas odur ki, xal qazandıq"

10:52 19 Oktyabr 2017

"Bu gün biz ilk iki oyunla müqayisədə daha hazırlıqlı idik. Sübut etdik ki, qrup mərhələsinə layiqik. Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi".

 

Sportarena.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya təmsilçisi "Atletiko" ilə Bakıda qolsuz heç-heçədən sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib. Bosniya və Herseqovinalı qolkiper çətin oyun olduğunu, əldə edilən bir xala görə sevindiyini ifadə edib:

 

"Bir neçə qol şansımız da oldu. Ancaq yararlana bilmədik. Əsas odur ki, xal qazandıq. Buna sevinirik".

 

Qeyd edək ki, "Qarabağ" ÇL növbəti oyununun oktyabrın 31-də Madriddə "Atletiko"ya qarşı keçirəcək.


Xəbər xətti