Messi 100-ə çatdı

12:22 19 Oktyabr 2017

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi avrokuboklarda 100-cü qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, cənubi amerikalı Çempionlar Liqasının III turunun “Olimpiakos”la qarşılaşmasında fərqlənib. Komandasının 3:1 hesablı qələbəsində 2-ci qolla pay sahibi olan Messi 100-ə çatıb. 61-ci dəqiqədəki qola qədər onun hesabında 99 top var idi.

 
Argentinalı Çempionlar Liqasında 97, Superkubokda 3 qola sevinib. O, 16 dəfə sağ, 80 dəfə sol ayağı, 4 dəfə başla rəqib qapısına yol tapıb.
 
Qeyd edək ki, avrokubokların ən yaxşı bombardiri Kriştianu Ronaldodu. Portuqaliyalı 113 dəfə fərqlənib.


Xəbər xətti