“Qarabağ” - “Atletiko” oyununu nə qədər azarkeş izləyib?

16:15 19 Oktyabr 2017

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” “Atletiko” ilə qarşılaşdı.

 

Sportarena.az xəbər verir ki, Olimpiya stadionunda keçirilən qarşılaşmada qolsuz bərabərə qalan Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində ilk xalını qazandı. “Qarabağ”ın rəsmi “facebook” hesabında görüşü nə qədər azarkeşin izlədiyi açıqlanıb. Cəmi 47923 tamaşaçı tarixi “sülh”ün canlı şahidi olub.

 

Xatırladaq ki, bu, “Qarabağ”ın ÇL-in qrup mərhələsində evdə keçirdiyi ikinci oyun idi. Komanda qrup mərhələsi çərçivəsində keçirdiyi ilk ev oyununda “Roma” ilə qarşılaşmışdı.


Digər xəbərlər

Xəbər xətti