Əliyar Ağayev erməni futbolçunu cəzalandırdı

Sportarena.az      20 Oktyabr 2018, 10:14

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu idarə edib.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Makedoniyanın paytaxtı Skopyedə "Vardar"la İspaniya "Real Sosyedad"ı arasında baş tutan oyunda ədaləti qoruyub. L qrupu çərçivəsində keçrilən 3-cü tur matçında 6 qol qeydə alınıb. Bu qolların hamısını ispanlar meydan sahiblərinin qapısından keçiriblər.

 

Ağayev cəmi bir futbolçuya sarı vərəqə göstərib. O, 61-ci dəqiqədə "Vardar"ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı cəzalandırıb.

 

FİFA referimizə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi hakim kimi çalışıb. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin