Nəbiyev oynadı, komandası uduzdu

11:20 20 Oktyabr 2017

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 11-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Bohemians” ilə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı 61-ci dəqiqədə meydana buraxılıb.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 14 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti