"İnter" rəsmən "Keşlə" oldu - FOTOLAR

12:01 20 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turunda "İnter" "Səbail"in qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, bu görüş klubun "İnter" adı altında sonuncu matçı olacaq. Belə ki, uzun müddətdir ki, "Keşlə" adına keçidlə bağlı rəsmi işlər aparan klub rəhbərliyi artıq istəyinə çatıb.

 

Klub "Keşlə" adı ilə ilk oyununu növbəti həftə "Kəpəz"ə qarşı öz meydanında keçirəcək.Həmin görüşə paytaxt təmsilçisi yeni adla yanaşı, yeni loqo və formalarla da çıxacaq. Eyni zamanda, matçın fasiləsi zamanı tamaşaçılar üçün mini konsert proqramının da keçirilməsi nəzərdə tutulub.

 

Klubun adının dəyişdirilmə prosesi rəsmən başa çatdığından, artıq ev oyunlarının keçirildiyi "İnter Arena"da da bir sıra dəyişikliklər edilib. Klubun yeni adı və loqosu stadiona həkk edilib. "İnter"lə bağlı hissələr isə artıq yığışdırılıb.

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti